“Kəpəz” reytinq xalımızı yüksəltdi

kepez-reytinq-xalimizi-yukseltdi
Oxunma sayı: 1075

Azərbaycan avrokuboklarda yeni mövsümə UEFA-da reytinqini artırmaqla başlayıb.

Qafqazinfo” xəbər verir ki, bu, Avropa Liqasının ilk təsnifat mərhələsində “Kəpəz”in Moldovanın “Daçiya” klubu 0:0 hesablı nəticəsindən sonra reallaşıb.

Bununla da ölkəmiz hesabına 0.125 xal yazıb. Bunadək 13.500 xalla UEFA-nın reytinqində 24-cü olan ölkəmizin yerini qoruyub və əmsalı 13.625-ə yüksəlib.

Xatırladaq ki, UEFA-nın reytinq siyahısında 54 ölkə yer alıb.