Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Kəpəz” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, qonaqlar bərabərlik qolunu vura biliblər. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Günün digər qarşılaşması isə “Sabah”la “Sumqayıt” arasında baş tutacaq.
“Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Səbail” matçları sabah keçiriləcək. Tura bazar günü baş tutacaq “Şamaxı” – “Neftçi” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXVI tur
10 mart
“Kəpəz” – “Zirə” 1:1
Qol: F.Nəbiyev, 38 – H.Keyta, 83-pen
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu, 15:00.
Son xəbərlər
Son Xəbərlər