Mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən Gəncənin “Kəpəz” klubu daha bir futbolçunu heyətinə qatıb.
“Qafqazinfo” kluba istinadən xəbər verir ki, komanda son 4 ayı Litva təmsilçisi “Yonava” klubunda keçirən Gəncə futbol məktəbinin yetirməsi Tural Rzayevi heyətinə qəbul edib.
Yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Gəncə təmsilçisi daha əvvəl Əli Səmədovu heyətinə qatıb.
Son xəbərlər
Son Xəbərlər