“Kəpəz”in kapitanı rəsmən “Sumqayıt”da

kepezin-kapitani-resmen-sumqayitda
Oxunma sayı: 744

3 futbolçu ilə yeni müqavilə imzalayan "Sumqayıt" 2017/18 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, sözügedən klub son olaraq, "Kəpəz"də çıxış edən Tural Axundovu heyətinə qatıb.  28 yaşlı futbolçu "Sumqayıt"la 1 illik müqavilə müqavilə imzalayıb.

Qeyd edək ki, Tural Axundov "Kəpəz"dən (62 oyun, 11 qol) başqa, "Muğan" (39 oyun, 3 qol), "Rəvan" (54 oyun) və "Simurq"un (63 oyun) formasını geyinib.