“Kəpəz”in oyununun biletləri 2 şəhərdə satılacaq

kepezin-oyununun-biletleri-2-seherde-satilacaq
Oxunma sayı: 787

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Daçiya” oyununun biletləri satışa çıxarılır.

“Qafqazinfo” xəbər verir ki, bilet satışı həm Bakıda, həm də Gəncədə təşkil olunacaq. Azarkeşlər paytaxtda iyunun 27-i saat 14:00-dan 19:00-dək, iyunun 28-i isə saat 12:00-dan 16:00-dək Respublika stadionunun kassasından, saat 17:00-dan sonra “Dalğa Arena”nın kassasından bilet ala bilərlər. Gəncədən bilet almaq istəyənlər üçün satış iyunun 28-i saat 10:00-dan 14:00-dək şəhər stadionunun kassasında olacaq.

Qeyd edək ki, “Kəpəz” – “Daçıya” oyunu iyunun 28-i saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.