“Kəpəz” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.
“Qafqazinfo”nun klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iyunun 11-dən Ərzurumda hazırlaşır.
Toplanış müddətində “sarı-göylər” yoxlama oyunları da keçirəcək. Gəncə klubunun rəqiblərindən birinin adı artıq bəlli olub. “Kəpəz” Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə qarşılaşacaq. Bu komanda müxtəlif yaş qrupları üzrə millilərə namizəd gənc futbolçulardan təşkil olunub.
İyunun 18-də keçiriləcək yoxlama matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər