“Kəpəz”in taleyinə aydınlıq gəldi

kepezin-taleyine-aydinliq-geldi
Oxunma sayı: 632

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyevin klubun sponsorları və rəhbərliyi ilə apardığı söhbətlərdən sonra bu qərara gəlinib. Komanda sabahdan etibarən toplaşaraq məşqlərə başlayacaq. Artıq bir neçə legioner və yerli futbolçular klubun bazasındadırlar. Yaxın günlərdə komanda tam heyətlə formalaşacaq.

Qeyd edək ki, bir müddət əvvəl klub rəhbərliyi çempionatda çıxışını dayandırması barədə Peşəkar Futbol Liqasına məktub göndərmişdi.

Ceyhun Əhmədov