Keralada vəziyyət kritik həddə çatıb - Ölü sayı 30-a çatdı

keralada-veziyyet-kritik-hedde-catib
Oxunma sayı: 2635

Hindistanın Kerala əyalətində şiddətli yağışların səbəb olduğu sellərdə ölənlərin sayı 30-a yaxınlaşıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, güclü leysan bənd və çayları daşırıb, magistral yolları dağıdıb, evlərin sel-su altında qalmasına səbəb olub.

Təxminən 54 min nəfər evsiz-eşiksiz qalıb.

7 avqustun bəri yağan yağışlara görə ölkənin müxtəlif bölgələrində fövqəladə vəziyyət elan edilib.