Kerç boğazındakı gəmi yanğınında ölənlərin sayı 14 oldu - Video

kerc-bogazindaki-gemi-yangininda-olenlerin-sayi-14-oldu
Oxunma sayı: 2376

Kerç boğazında Tanzaniya bayrağı altında üzən “Kandi” və “Maestro” gəmilərində yanğın çıxıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 10 dənizçi ölüb, 14-ü isə xilas edilib.

Yanğın bir gəmidən digərinə yanacaq boşaldarkən baş verib.

İlkin məlumata görə, gəmilərdə ümumilikdə 31 dənizçi olub. Onlar yanğın çıxan kimi özlərini dənizə atıblar.

***

Kerç boğazında baş vemriş gəmi yanğınında ölənlərin sayı 14 nəfərə çatıb. 12 nəfərin həyatını isə xilas etmək mümkün olub. Gəmi heyəti Türkiyə və Hindistan vətəndaşlarından ibarətdir. Hadisə ilə bağlı artıq cinayət işi açılıb.