Avropa Birliyi Kerç boğazında baş vermiş insidentə görə 8 rusiyalıya qarşı sanksiya tətbiq edib.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, siyahıda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım və Sevastopol üzrə sərhəd xidmətinin rəhbəri Sergey Stankeviç və Cənubi Hərbi Dairəsinin komandiri Aleksandr Dvornikov da var.
Xatırladaq ki, ötən il noyabrın 25-də Ukraynanın hərbi gəmiləri Kerç boğazında Rusiyanın sərhədərini pozduğu üçün atəşə tutulub və 24 dənizçi saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər