Kərəm Həsənovun Samuxdakı qəbul tarixi dəyişdi

kerem-hesenovun-samuxdaki-qebul-tarixi-deyisdi
Oxunma sayı: 911

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Samux rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, qəbul 14 mart tarixində keçiriləcək. Qəbulda Samux, Gəncə, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qeyd edək ki, qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:
(022)265-08-69