“Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”

“Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”
Oxunma sayı: 5987

Bakı Sağlamlıq Mərkəzi COVİD-19 infeksiyasına yoluxmuş Kliniki Tibbi Mərkəzin reanimatoloqu Dr. Kərəm Yabuqovun səhhəti ilə bağlı məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, məlumata əsasən, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub:

"Ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir". 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi