Keremlə Serenay niyə ayrılıb?

keremle-serenay-niye-ayrilib
Oxunma sayı: 1352

Türkiyənin məşhur cütlüyü – aktrisa Serenay Sarıkaya və aktyor Kerem Bürsinin ayrılıq xəbəri gündəmi zəbt edib. Üç ildir ki, eşq yaşayan cütlüyün münasibətə son qoyma səbəbi də açıqlanıb. 

Serenay və Keremin dostları KİV-lərə açıqlamasında cütlük arasında soyuqluğun yarandığını, artıq həyəcanın qalmadığını qeyd ediblər. 

Bundan əlavə, tez-tez ayrılıb-barışan məşhurlar bu dəfə məlumatı təsdiq ediblər. Hətta Serenay ötən gün qatıldığı tədbirdə  ayrılıq xəbərlərinin doğru olduğunu desə də, mövzu barədə çox danışmaq istəmədiyini vurğulayıb.