Kərim Məsimov yeni Baş nazir təyin edildi- - Fərman

kerim-mesimov-yeni-bas-nazir-teyin-edildi-
Oxunma sayı: 4931


“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, fərmana əsasən, K.Məsimov Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilir.

Fərman imzalandığı gündən qüvvəyə minir və yeni hökumət formalaşanadək Nazirlər Kabineti səlahiyətlərinin icrasına davam edəcək.

Trend-in Qazaxıstan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan əvvəl parlamentin iclası zamanı Məclisin komitə sədrləri çıxış edərək K.Məsimovun təcrübəsini qeyd ediblər. Onlar K.Məsimovun Baş nazir vəzifəsinə namizədliyini bəyəniblər.

Qeyd edək ki, bu gün Serik Axmetov hökumətin iclasında Baş nazir vəzifəsindən istefa verdiyini bəyan edib.