Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etdi

kerim-veliyev-mdb-mudafie-nazirleri-surasinin-novbeti-iclasinda-istirak-etdi
Oxunma sayı: 1874

Rusiya Federasiyasında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 80-ci iclasında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.