Kərim Xan Buçaya getdi

kerim-xan-bucaya-getdi
Oxunma sayı: 4924

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan Ukraynaya səfəri zamanı paytaxt Kiyevin yaxınlığında yerləşən Buça şəhərində araşdırmalar aparıb.

“Qafqazinfo” xarici KİV-ə xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin tvitter hesabında paylaşılan yazıda Kərim Xanın Ukraynaya səfəri zamanı Ukraynanın Baş prokuroru İrina Venediktova ilə görüşdə olduğu bildirilib.

“Ukrayna bir çox cinayətin törədildiyi bir yerdir. Həqiqəti üzə çıxarmaq üçün müharibə mühitindəki qeyri-müəyyənliyi aradan qaldırmalıyıq", - o deyib.