Kərimdən qadın həmkarına - “Sən “sterva”san” + Video

kerimden-qadin-hemkarina
Oxunma sayı: 4333

Müğənni Kərim Abbasov ”ATV maqazin onlarla” verilişində xanım həmkarını tənqid edib.

Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, ifaçı adını çəkmədiyi həmkarının ünvanına bunları deyib:

”Bir yerdə çörək kəsmişik. Bir otaqda yer salıb yatmışıq. Bir insanlar olmuşuq... Nədir indi sənin bu hərəkətin?! Çalışıram mənimlə küsülü olan adamların kimliyini gizli saxlayım. Amma görürəm bəziləri bunu bacarmır. İçlərini qurdlar yeyib qurtarıb. Rusların bir sözü var, ”sterva”, sən ondansan”.

Kərim bildirib ki, onu əsəbləşdirən həmin ifaçıdan müsahibə götürərkən onu tanımadığını deməsi olub:

”Ona sual veriblər ki, Kərimlə niyə küsmüsüz? O da deyib ki, mən belə bir adam tanımıram. 13 il bundan əvvəl yaxşı tanıyırdın məni. Eybi yox, bu yaxınlarda onunla olan köhnə videoları, şəkilləri ortalığa çıxaracam. Mən onun yaddaşını yeniləyərəm”.