Müğənni Kərim Abbasovun ailəsinə ağır itki baş verib. “Qafqazinfo” xəbər verir ki, ötən gün ifaçının atası dünyasını dəyişib. Bu barədə Kərim instaqram səhifəsində məlumat yayıb.
“Məni yetim qoyub gedən atam, lay-lay… Sənsizliklə imtahana tez çəkdin məni. Sən mənim başımın tacı, dərdimə əlac idin. Atasız, yetim kəlməsi bu gündən sonra mənimlədir. Allah sənə rəhmət eləsin”- deyə Kərim qeyd edib.

Son xəbərlər
Son Xəbərlər