Kərkükdə silsilə partlayışlar olub - Ölənlər və yaralananlar var

kerkukde-silsile-partlayislar-olub
Oxunma sayı: 799

İraqın Kərkük şəhərində bir neçə partlayış baş verib. Nəticədə altı nəfər ölüb, 12 nəfər isə xəsarət alıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlar şəhərin müxtəlif hissələrində, bomba yüklənmiş avtomobillərin və əldəqayırma partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verib.

Terror nəticəsində İraq təhlükəsizlik xidməti əməkdaşları da xəsarət alıb.