Aprelin 22-də dünyanın 170-dən artıq ölkəsinin təmsilçiləri BMT-də Paris İqlim Sazişini imzalayıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri dəbdəbəli mərasimə nəvəsi ilə qatılıb. O, nəvəsi qucağında olarkən müqaviləyə imza atıb, daha sonra nəvəsini öpüb.
BMT baş katibi Pan Gi Mun Con Kerri ilə salamlaşaraq onunla və nəvəsi ilə xatirə fotosu çəkdirib.
Qeyd edək ki, sazişi imzalamaqda məqsəd iqlim dəyişikliyinin təsirini azaltmaq, qlobal orta temperatur artımını 2 dərəcədən aşağı saxlamaqdır.
Son xəbərlər
Son Xəbərlər