Kerri prezident seçkilərində iştirak etməyəcək

kerri-prezident-seckilerinde-istirak-etmeyecek
Oxunma sayı: 717

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Sky News” telekanalına müsahibəsində danışıb.

“Mən bu haqda, hələ Coy Baydenin qəti qərara gəlmədiyinə qədər, düşünürdüm”, - deyə Kerri bəyan edib.

“Mən şadam ki, o, iştirak edəcək. Biz onunla köhnə dostuq. Ümid edirəm ki, nəticədə bizim ölkəni ən yaxşı istiqamətdə apara biləcək namizədimiz olacaq”, - siyasətçi əlavə edib.   

Qeyd edək ki, daha əvvəl bildirilirdi ki, keçmiş prezident Barak Obamanın dövründə dövlət katibi vəzifəsində çalışan 75 yaşlı Con Kerri 2020-ci ildə keçiriləcək seçkilərdə Demokratlar Partiyasından iştriak edəcək namizədlərin sırasında idi.