İyulun 14-də ABŞ dövlət katibi Con Kerri Moskvaya səfər edəcək.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.
Onun sözlərinə görə, Con KerriMoskvaya Parisdən, Fransa prezidenti F.Olland ilə görüşündən sonra səfər edəcək. “Dövlət katibi səfər çərçivəsində Suriya, Ukraynadakı vəziyyəti, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək”, deyə C.Kirbi bildirib.
Son xəbərlər
Son Xəbərlər