ABŞ dövlət katibi Con Kerri yeni seçilmiş prezident Donald Trampın tvitterlə siyasi məsələlərə münasibət bildirməsini şərh edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Con Kerri “ABC News” telekanalında aparıcının Rusiya və Tayvan məsələləri ilə bağlı Donald Trampın yazdığı tvitlərlə bağlı sualı cavabladırarkən bildirib.
“Mən tvitterdə beynəlxalq siyasət ilə bağlı bəyanatlar vermirəm. Düşünmürəm ki, 140 simvol qəbul edəcəyimiz çətin seçimlərin öhdəsindən adekvat şəkildə gəlməyə imkan verir”,- deyə Kerri bildirib.
Son xəbərlər
Son Xəbərlər