Kəsdiyi ağac başına düşdü, öldü

kesdiyi-agac-basina-dusdu-oldu
Oxunma sayı: 1923

Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 19-da rayonun Soquca kəndində baş verib. Kənd sakini Araz Aslanlının kəsdiyi ağac başına düşüb. Xəstəxanaya yerləşdirilən A.Aslanlı orada ölüb. Araşdırma aparılır.

Murad Əhməd