Argentinanın Federal Kəşfiyyat Agentliyinin rəhbəri Qustavo Arribas Braziliya tikinti nəhəngi olan “Odebrecht” şirkətindən rüşvət almaqda şübhəli bilinir.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “La Nacion” portalı məlumat yayıb.
Kəşfiyyat rəhbəri təxminən 600 min dollar almaqda şübhəli bilinir.
Məlumata görə, 2013-cü ildə Braziliyada futbolçuların transferi ilə məşğul olan Arribasın İsveçrədəki hesabına 594 min dollar yatırılıb. Pulları “Oderbrecht” şirkəti ilə əlaqəli olan Leonardu Meyrelles köçürüb.
Köçürmələr tikinti şirkətinin Argentinada yeraltı dəmir yol xəttlərinin çəkilməsinə dair müqavilənin bağlandığı vaxta təsadüf edir. 2013-cü ildə Buenos-Ayresin meri Arribasın dostu Makri olub.
Arribasın özü cəmi 70 min dollar aldığını etiraf edib. Onun vəkillərinin sözlərinə görə, pullar San-Pauluda daşınılmaz əmlakın alınmasına xərclənib.
Qeyd edək ki, Latın Amerikası ölkələrinin bir çox hakimiyyət nümayəndələrinin adı “Odebrecht” şirkətindən milyonlarla dollar rüşvət almaqda hallanır.
Son xəbərlər
Son Xəbərlər