Kəsilən ağacların videosunu çəkən qadın danışdı

kesilen-agaclarin-videosunu-ceken-qadin-danisdi
Oxunma sayı: 5189


Həmin xanımın müraciəti saytda işıqlandırıldıqdan sonra,  sözügedən kadrlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın reaksiyasına səbəb olub. “Qafqazinfo”ya Heydər Əliyev Fondundan məsələ ilə bağlı Mehriban Əliyevanın göstəriş verdiyi bildirilib. Birinci xanımın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olub və ağacların kəsilməsi prosesi dayandırılıb. 

Bu xəbərin ardından şikayətçi Samirə Əliyeva “Qafqazinfo” ilə yenidən əlaqə saxlayaraq təşəkkürünü bildirib və artıq ərazidə Mehriban Əliyevanın reaksiyasından sonra abadlıq işlərinin görüldüyünü deyib. Şikayətçinin saytımıza ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

“Çox sağ ol, Qafqazinfo. Çox sağ olsun Heydər Əliyev Fondu, Mehriban xanım Əliyeva və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov. Mehriban xanımın məsələyə vaxtında ciddi, operativ yanaşması nəticəsində BŞİH tərəfindən dərhal böyük texnika və işçi qüvvəsinin köməyi ilə bazar günü olmasına baxmayaraq Nəsimi rayonu 20 Yanvar 22 nömrəli binanın həyətində dərhal bərpa və abadlıq işlərinə başlanıldı. 90 mənzilin sakinləri tərəfindən birinci xanım Mehrban xanım Əliyevaya, BŞİH-nin başçısı cənab Hacıbala Abutalıbova, Qafqazinfoya sonsuz təşəkkürlərimizi bildiririk”.