Keşişlər qadından 9 saat “cin çıxarıblar”

kesisler-qadindan-9-saat-cin-cixariblar
Oxunma sayı: 2598

İtaliyanın Viçenza şəhərindəki Müqəddəs Məryəm kilsəsində 28 yaşlı qadın 9 saatlıq cin çıxarmağa məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, qadın özünü keşişin üstünə atıb, anasını döyüb və müxtəlif dillərdə, o cümlədən, latın dilində üç fərqli səslə danışıb.

Nəticədə axşam saat doqquz radələrində qız huşunu itirib, bundan sonra həkimlər onu xəstəxanaya aparıblar.

Hadisənin şahidi olan yerli sakinlər polis və təcili yardım çağırsalar da, hökumət nümayəndələri kilsənin girişində “cin çıxarmanın” bitməsini gözləyiblər.

Nəşr bildirir ki, qadına psixi xəstəlik diaqnozu qoyulub.

Qeyd edək ki, bir müddət əvvəl cin çıxaran keşişlərin konfransında onlar COVID-19 pandemiyası zamanı cinləri qovmaq ritualına tələbatın artdığı barədə məlumat veriblər.