“Keşlə” bosniya və herseqovinalı futbolçu alır?

kesle-bosniya-ve-herseqovinali-futbolcu-alir
Oxunma sayı: 1061

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən "Keşlə" növbəti transferini etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, komandanın maraqlandığı növbəti futbolçunun adı bəlli olub. Paytaxt təmsilçisi Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunda çıxış edən Süleyman Krpiçə təklif göndərib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Lakin 27 yaşlı forvarda Qazaxıstanın "İrtış" və Makedoniyanın "Şkendiya" klubu da təklif göndərib. Bosniya və Herseqovina mətbuatının məlumatına görə Süleyman karyerasını "Şkendiya"da davam etdirməyə daha yaxındır.

Qeyd edək ki, Krpiç Bosniya və Herseqovinanın U-19 millisində çıxış edib. O, "Sloboda Tuzla"da 2017-ci ildən oynayır.