“Keşlə” braziliyalı futbolçularla yolları ayırdı

“Keşlə” braziliyalı futbolçularla yolları ayırdı
Oxunma sayı:

Keşlə iki futbolçusu ilə yollarını ayırıb.

“Qafqazinfo” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı oyunçular - yarımmüdafiəçi Alvaro Tavareş və müdafiəçi Artur Batista ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Keşlə” mövsümün əvvəlində komandaya qoşulan oyunçulara gələcək karyeralarında uğurlar arzulayıb.