““Keşlə” ilə işimizin çətin olacağını bilirik”

kesle-ile-isimizin-cetin-olacagini-bilirik
Oxunma sayı: 976

“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Laçi” yoxlama oyunu keçirib. “Qafqazinfo” xəbər verir ki, Albaniya təmsilçisi “Apoloniya” ilə qarşılaşıb və görüş “Laçi”nin 1:0 hesablı qələbəsiylə başa çatıb.

“Laçi”nin baş məşqçisi Armando Kunqu oyundan sonra yerli mətbuata açıqlama verib:

“Ümumiyyətlə, ilk hissədə komandamdan razı qaldım. Bəzi imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Azərbaycan klubu ilə işimizin çətin olacağını bilirik. Ancaq onlara qarşı emosional yüklər olmadan oynayacağıq”.

Avqustun 27-də, “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” matçına saat 21:00-da start veriləcək.