“Keşlə” “Laçi” ilə Kipr və ya İspaniyada oynaya bilər

kesle-laci-ile-kipr-ve-ya-ispaniyada-oynaya-biler
Oxunma sayı: 1294

“Keşlə”nin Avropa Liqasında Albaniyanın “Laçi” klubu ilə matçı Bakıda keçirilməyə bilər. “Qafqazinfo” xəbər verir ki, məlumatı rəqib komandanın direktoru Naim Halili verib. 

O bildirib ki, Azərbaycanda COVİD-19 pandemiyasına görə yaranan bəzi məhdudiyyətlər qarşılaşmanın yerinin dəyişdirilməsinə səbəb ola bilər. Klub rəsmisi matçın Kipr və ya İspaniyada oynanıla biləcəyini deyib. 

Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu avqustun 27-də Bakıda keçirilməlidir.