“Keşlə” “Neftçi”yə, “Səbail” “Qəbələ”yə qarşı

“Keşlə” “Neftçi”yə, “Səbail” “Qəbələ”yə qarşı
Oxunma sayı: 724

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Turun açılış matçında “Keşlə” və “Neftçi” komandaları üz-üzə gələcək.

Günün digər oyunu isə “Səbail”lə “Qəbələ” arasında baş tutacaq.

Turun qalan 2 oyunu sabah keçiriləcək. “Qarabağ” “Zirə”ni, “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

25-ci tur

3 may

18:00. “Keşlə” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Bakı. “ASK Arena”.

20:15. “Səbail” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.

“ASCO Arena”.