“Keşlə”-“Sabah” matçı qolsuz bitdi, “Neftçi” “Zirə”ni darmadağın etdi - Video

kesle-sabah-matci-qolsuz-bitdi-neftci-zireni-darmadagin-etdi
Oxunma sayı: 1836

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti görüşü “Keşlə” və “Sabah” komandaları arasında olub.

"Qafqazinfo" xəbər verir ki, “ASK Arena”da keçirilmiş oyun qolsuz yekunlaşıb.

Bu nəticədən sonra “Sabah” 21 xalla 7-ci, “Keşlə” 20 xalla 8-ci pillədə qalıb.

Turun son oyununda "Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.