“Keşlə” “Sabah”a, “Neftçi” “Zirə”yə qarşı

kesle-sabaha-neftci-zireye-qarsi
Oxunma sayı: 924

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.

Əvvəlcə “Keşlə” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək.

Turun qapanış matçında isə “Neftçi” “Zirə”ni qəbul edəcək.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Səbail”lə heç-heçəyə (1:1) razılaşıb, “Sumqayıt” “Qəbələ” üzərində qələbəyə sevinib – 2:0.

Azərbaycan Premyer Liqası

23-cü tur

17 aprel

18:00. “Keşlə” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov.

Bakı. “ASK Arena”.

20:15. “Neftçi” – “Zirə”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.

Bakı. “Bakcell Arena”.