“Keşlə” “Sabah”ı böyük hesabla məğlub etdi

kesle-sabahi-boyuk-hesabla-meglub-etdi
Oxunma sayı: 945

Martın 9-da Topaz Premyer Liqasının 20-ci turuna start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış görüşü “ASK Arena” stadionunda keçirilib. “Keşlə” debütant “Sabah” klubu ilə üz-üzə gəlib.

 “Keşlə” matçın 26-cı dəqiqəsində hesabı açıb. Conatan Ayite cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0.

Fasiləyə qədər hesab dəyişməyib.

Qarşılaşmanın ikinci hissəsi başlayan kimi meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar. Conatan Ayite adını tabloya yazdıraraq oyunda dublunu rəsmiləşdirib – 2:0. Matçın 66-cı dəqiqəsində “Keşlə” yenidən fərqlənməyə nail olub. Cabir Əmirli fərdi ustalığı sayəsində rəqibin qapıçısına şans verməyib – 3:0.

Qalan dəqiqələrdə hücumların kəsərini artıran “Sabah” fərqlənməyə yaxın olsa da, paytaxt təmsilçisi qapısını toxunulmaz saxlayıb.

Bu qələbədən sonra xalların sayını 19-a çatdıran “Keşlə” turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Sabah” isə 21 xalla 5-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, turun birinci gününün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Çempion “Qarabağ” “Zirə” klubunu qəbul edəcək. Görüş 18:30-da start götürəcək.