“Qarabağ” “Sabah”ı darmadağın etdi - Yenilənib

qarabag-sabahi-darmadagin-etdi
Oxunma sayı: 4415

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında autsayderlər üz-üzə gələcək. “Keşlə” əsas izləyicisi olan və sonuncu pillədə qərarlaşmış “Səbail”i qəbul edəcək.

İlk oyun gününün digər görüşü isə lider “Qarabağ”la “Sabah” arasında baş tutacaq.

Azərbaycan Premyer Liqası
13-cü tur
4 dekabr

“Keşlə” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev.
Bakı. “ASK Arena”, 16:00.

“Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Bakı. “Azərsun Arena”, 18:15.

***

"Keşlə" klubu "Səbail"i qəbul edib. "ASK Arena"dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qollar: Felipe Santos 9, Anatol Abanq 46, Rahid Əmirquliyev 51, Camal Araqo 90+5

***

"Qarabağ" "Azərsun Arena"da "Sabah"ı qəbul edib.

Əliyar Ağayevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.

Qollar: Abdullah Zubir 16, 51, Bəxtiyar Həsənalızadə 27, Filip Ozobiç 35,  İbrahima Vadji 71, 90.