“Keşlə” “Səbail”i darmadağın etdi

kesle-sebaili-darmadagin-etdi
Oxunma sayı: 3892

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Səbail”lə “Keşlə” komandaları üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçı isə “Sabah”la lider “Qarabağ” arasında baş tutur.

Sabah “Qəbələ” “Zirə”ni, “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
19-cu tur
12 mart

“Səbail” – “Keşlə” 0:3
Qol: P.Azadov, 17. R.Hacıyev, 21. T.Vəlizadə, 90+5.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu.
Bakı. “ASCO Arena”, 16:45.