“Keşlə” Skarlatakeni göndərdi

kesle-skarlatakeni-gonderdi
Oxunma sayı: 1804

“Keşlə” legioneriylə yollarını ayırıb. “Qafqazinfo” xəbər verir ki, klub rəhbərliyi ilə 32 yaşlı rumın müdafiəçi Adrian Skarlatake arasında imzalanmış müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib.

Bakı təmsilçisi təcrübəli futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, "Keşlə"nin serbiyalı baş məşqçisi Mladen Milinkoviç ilk turda evdə "Sabah"a məğlubiyyətə gətirib çıxaran penaltidə səbəbkar olan Skarlatakeni sonradan ehtiyatda saxlamışdı. Vaxtilə 2 müxtəlif dövrdə "Xəzər Lənkəran"da çıxış edən Adrian 2006-cı ildə ölkəmizə qayıdaraq bu dəfə "İnter"ə (hazırkı "Keşlə") keçmişdi.