“Keşlə” “Soçi”yə qarşı

“Keşlə” “Soçi”yə qarşı
Oxunma sayı: 691

“Keşlə” bu gün Avropa Konfrans Liqasında ilk oyununa çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq.

Paytaxt klubu bu rəqiblə ilk oyununu səfərdə keçirəcək. Soçidə keçiriləcək oyunda meydan sahibləri daha şanslı hesab olunur. Amma Azərbaycan təmsilçisi avrokuboklarda debüt edəcək rəqibinə sürpriz yaşatmağa çalışacaq.

Bu komandalar arasındakı cavab oyunu iyulun 29-da Bakıda keçiriləcək.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsi

22 iyul

20:00. Soçi - Keşlə

Baş hakim: Enea Yorgi (Albaniya).

Soçi. Olimpiya stadionu.