UEFA “Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Laçi” ilə matçının hakimlərini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, paytaxtımızda baş tutacaq görüş gürcüstanlı hakimlərə tapşırılıb.
Qarşılaşmanın baş hakimi Georgi Kikaçeişvili olacaq. Ona həmyerliləri Davit Qabisoniya və David Axvlediani kömək edəcəklər. Ehtiyat hakim isə İrakli Kvirikaşvili təyin edilib.
Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu avqustun 27-də “ASK Arena”da keçiriləcək.
***
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb. Ökəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək “Sumqayıt” komandasının görüşünü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Arman İsmuratov olacaq. Sergey Vassyutinlə Samat Terqeussizov ona köməkçi təyin edilib. Zandos Abzan isə ehtiyat hakim kimi ölkəmizdə iş başında olacaq.
Qeyd edək ki, “Sumqayıt” – “Şkendiya” qarşılaşması avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər