“Keşlə” “Zirə”ni böyük hesabla məğlub etdi - Video

kesle-zireni-boyuk-hesabla-meglub-etdi
Oxunma sayı: 1392

Fevralın 22-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turunun növbəti oyununda “Keşlə” komandası “Zirə”ni 4:0 hesabı ilə darmadağın edib.

"Qafqazinfo" xəbər verir ki, “ASK Arena”da oynanılan görüşdə Tərlan Əhmədovun yetirmələrindən Şahrux Qadoyev (20, 71), Vüsal İsgəndərli (45) və Pərviz Azadov (89) fərqləniblər.

Bu qələbə sayəsində “Keşlə” xal ehtiyatını 29-a çatdıraraq turnir cədvəlinin üçüncü pilləsindəki yerini möhkəmləndirib. “Zirə” isə 20 xalla beşinci yerdə qərarlaşıb.