Keşlədə əl qumbarası və partladıcı tapıldı - Video

keslede-el-qumbarasi-ve-partladici-tapildi
Oxunma sayı: 1381

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində hərbi sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın torbaya bükülmüş döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.