Keşlədə etiraza səbəb olan gecə klubu fəaliyyətini dayandırdı

keslede-etiraza-sebeb-olan-gece-klubu-fealiyyetini-dayandirdi
Oxunma sayı: 6178

Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Nizami rayonunun Keşlə qəsəbəsinin bir qrup sakini qəsəbənin Şəhidlər xiyabanının yaxınlığında gecə klubunun açılmasına etiraz ediblər. Klubun qarşısına toplaşan sakinlər bunu xiyabanda uyuyan şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirərək sözügedən obyektin bağlanmasını tələb ediblər.

Xəbəri rus dilində oxuyun: Проведен VIII международный саммит молодых предпринимателей ОИС в Казани

“Qafqazinfo” məsələ ilə bağlı Nizami RİH başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxlayıb. Nümayəndəlikdən saytımıza obyektin bağlandığı bildirilib: “Hazırda həmin obyektin fəaliyyəti dayandırılıb. Lakin bağlanıb-bağlanmayacağı ilə bağlı daha dəqiq məlumatı hüquq-mühafizə orqanları verə bilər”.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ barədə açıqlamasında hüquq çərçivəsində tərəfləri narahat edən halların araşdırıldığını və hüquqi qiymət veriləcəyini bildirmişdi.

Gülnar Əliyeva