Keşlədə kirayənişin otaq yoldaşını bıçaqladı

keslede-kirayenisin-otaq-yoldasini-bicaqladi
Oxunma sayı: 919

Bakıda kirayə yaşayan gənclər arasında mübahisə cinayətlə nəticələnib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə martın 16-ı, saat 23 radələrində Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Bakı sakini, 1977-ci il təvəllüdlü Zaur Əsədov onunla eyni evdə yaşayan Salyan sakini, 1969-cu il təvəllüdlü Mehman Xudaverdiyevi mübahisə zəminində sinəsindən bıçaqlayıb. 

M.Xudaverdiyev xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.