“Keşlə”dən 2 rəsmi transfer

kesleden-2-resmi-transfer
Oxunma sayı: 936

“Keşlə” qış fasiləsində ilk transferlərini gerçəkləşdirib.

Klubun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxt təmsilçisi heyətini 2 futbolçu ilə gücləndirib. Bunlardan biri Syerra-Leone millisinin üzvü Con Kamara, digəri isə “Zirə”dən ayrılan Vüsal İsgəndərlidir. Hər iki oyunçu ilə ilyarımlıq müqavilə imzalanıb.

Qeyd edək ki, afrikalı yarımmüdafiəçinin son klubu Qazaxıstan “Kaysar”ı olub.