“Keşlə”dən daha iki transfer

kesleden-daha-iki-transfer
Oxunma sayı: 1023

“Keşlə” heyətinə iki yeni futbolçu cəlb edib.

“Qafqazinfo” klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, müdafiəçi İlkin Qırtımov və yarımmüdafiəçi Emin Mehdiyevlə müqavilə imzalanıb. Hər iki futbolçu 1 illik sazişə qol çəkib.

Qeyd edək ki, “Keşlə” buna qədər Rəşad Əzizli, Ruslan Qurbanov,  Franko Flores,  Ziya Əzizov və Stanislav Namaşkonu da transfer edib.