“Keşlə”nin baş məşqçisi Yuri Maksimov “Neftçi”yə 2:3 hesablı məğlubiyyətdən sonra açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, matçın gedişində Denis Silvanı əvəzləməklə səhv etdiyini etiraf edib:
“Onun yorulduğunu düşündüm. Amma əvəzləməklə səhv etdim. Son dəqiqələrdə qol buraxdıq. Günah məndədi”.
Maksimov bu oyunun “Keşlə”də sonuncu oyunu ola biləcəyini də söyləyib:
“Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi. Hər birinizə “sağ ol” deyirəm”.
Son xəbərlər
Son Xəbərlər