Bu gün Hindistan Hərbi-Hava Qüvvələri ilə Pakistan arasında baş vermiş insidentə görə “Aeroflot” aviaşirkətinə məxsus “SU6275” tipli təyyarə ilə Moskvadan Banqkoka uçuş ləğv edilib.
“Qafqazinfo”nun “Vesti.ru”ya istinadən xəbərinə görə, “Boeing 777-312” tipli təyyarə Pakistan hava məkanının bağlanması səbəbindən Özbəkistanın paytaxtı Daşkənddə təcili eniş etməli olub.
Pakistan hava məkanının bağlanması səbəbiylə ,Sankt-Peterburq- Krabi (Tailand” reysini həyata keçirən “AzurAir” aviaşirkətinin təyyarəsi Rusiyaya geri qayıdıb. Göyərtədə 30-u uşaq olmaqla 334 sərnişin olub.
Həmçinin, Moskva-Pxuket (Tailand) reysini həyata keçirən “Rossiya” aviaşirkətinə məxsus təyyarə də Daşkənddə məcburi eniş edib.
Bundan başqa, Nyu-Yorkdan Dehliyə uçan “Air India” şirkətinin təyyarəsi də Daşkənd aeroportunda eniş etməli olub.
Qeyd edək ki, Pakistan bu gün Kəşmir üzərindən uçan Hindistanın “Mirage-2000” və “MiQ-21” tipli iki hərbi təyyarəsini vurub. İki pilot əsir götürülüb, onlardan biri ağır vəziyyətdədir.
Hindistan Hərbi-Hava qüvvələri isə hava sahəsini pozan Pakistana məxsus “F-16” qırıcı təyyarəsini vurub.
Pakistanda İslamabad hava limanından bütün reyslər, Lahor və digər iri şəhərlərdə isə daxili və beynəlxalq reyslər dayandırılıb.
Hindistan Amritsar şəhərində öz hava sahəsini bağlayıb. Təyyarələr ehtiyat hava limanına və ya geri qayıtmağa məcbur edilir.
***
“Cnnturk” xəbər verir ki, İstanbuldan Hindistanın Çennai şəhərinə uçan “TK-6548” tipli yük təyyarəsi Türkmənistan hava sahəsi üzərindən İstanbula qayıtmalı olub.
Bundan əlavə, İstanbul-Hanoi (Vyetnam) reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus “TK-6562” tipli təyyarə Əfqanıstan hava sahəsi üzərindən geri qayıdıb.
Son xəbərlər
Son Xəbərlər