Keti Perri çəkilişdə huşunu itirdi - Fotolar

keti-perri-cekilisde-husunu-itirdi
Oxunma sayı: 1736

Dünyaca məşhur müğənni Keti Perri “American Idol” musiqi yarışmasının çəkiliş prosesində huşunu itirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Bildirilir ki, sənətçi anidən prodüserlərə “özümü yaxşı hiss etmirəm” deyib və yerə yıxılıb. Daha sonra studiya boşaldılıb.

Məkana təcili tibbi yardım avtomobili cəlb olunub. Məlum olub ki, ifaçı qaz sızmasından təsirlənərək huşunu itirib.