Kevin Kempbell vəfat etdi

kevin-kempbell-vefat-etdi
Oxunma sayı: 4623

Vaxtilə “Trabzonspor”, “Arsenal” və “Everton” kimi klublarda çıxış etmiş Kevin Kempbell 54 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, onun böyrək çatışmazlığından vəfat etdiyi bildirilir.

Veteran futbolçunun bir müddət bu səbəbdən müalicə aldığı qeyd olunur.

Qeyd edək ki, Kempbell bütün karyerası ərzində 543 matçda iştirak edib, 148 qol vurub və 39 məhsuldar ötürmə ilə yadda qalıb.